Super Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı
Türkiyənin “Fatih Karagümrük” klubu baş məşqçisi Marsel Liçkanı istefaya göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, Marsel Liçka cari mövsümdə “Fatih Karagümrük”ün baş məşqçisi təyin olunmuşdu.
Karagümrük təmsilçisi Super Liqanın 10 turundan sonra 4 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Namiq HUN