"Sumqayıt"dan yeni transfer

"Sumqayıt"dan yeni transfer
11.09.2026 21:40 İdman

"Sumqayıt" klubu son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.

TodayPress TV xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, futbolçu ilə "1+2" illik müqavilə imzalanıb. 25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Pau" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər