Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək

Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
11.06.2026 21:20 İdman

Sumqayıtda 3x3 basketbol üzrə "Women"s Series" beynəlxalq turniri keçiriləcək.

Bu barədə TodayPress TV-yə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Məlumata görə, yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq. Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və "Neftçi SOCAR" təmsil edəcək.

Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, "Yanjing" (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər