“Strandja” turniri: gənc boksçularımız üçün böyük şans

“Strandja” turniri: gənc boksçularımız üçün böyük şans
20.02.2026 13:22 İdman

Azərbaycan boksçuları ilin ilk beynəlxalq sınağına Sofiyada çıxacaq

TodayPress TV xəbər verir ki, fevralın 23-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək. 

8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında aşağıdakı idmançılara şans verəcək:

50 kq: Bilalhəbaşi Nəzərov

55 kq: Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov

60 kq: Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov

65 kq: Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov

80 kq: Murad Allahverdiyev

+90 kq: Səbuhi Əlizadə

Bu turnir Azərbaycan boksçularının ilin ilk beynəlxalq sınağı olaraq böyük önəm daşıyır və gənc idmançılar üçün qiymətli təcrübə imkanı olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər