Stolüstü tennis üzrə Liqa turniri başa çatdı

Stolüstü tennis üzrə Liqa turniri başa çatdı
11.06.2026 21:30 İdman

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən "Həvəskar və veteran Liqası"nın V - yubiley turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, həlledici qarşılaşmalarda "VITTA-Supernova"nı 5:1 hesabı ilə məğlub edən "Xəzər-Şüa" komandası baş mükafata layiq görülüb.

"Zəfər" komandası isə "Aquasport" üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.

Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər