Stiv Maklaren istefa verdi

Stiv Maklaren istefa verdi
19.11.2025 16:02 İdman

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.

TodayPress TV xəbər verir ki, buna səbəb Yamayka yığmasının mundiala birbaşa vəsiqə qazana bilməməsi olub. 

Qolsuz heç-heçə Kurasao yığma komandası üçün tarixi uğurla nəticələnib. Komanda qrupda birinci yeri təmin edərək ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Kurasao yığma komandası Yamayka ilə həlledici oyuna baş məşqçisiz çıxıb. Millinin niderlandlı çalışdırıcısı Dik Advokat ailəsində problem olduğu üçün vətəninə qayıdıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər