Sona Ağayeva reytinqdə yüksəldi: daha bir uğur
Azərbaycanlı bocciaçı Sona Ağayevanın dünya çempionatında qazandığı bürünc medal onun dünya reytinqində 8-ci pilləyə yüksəlməsinə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında hesabına 48 xal əlavə edib. Bununla da bocciaçımızın ümumi xallarının sayı 74-ə çatıb.
Sona Ağayeva dünya reytinqində 7 pillə irəliləyərək 8-ci sıraya yüksəlib.
Namiq HUN