Gözlənilən ayrılıq: Zirkze “Napoli” ilə gizli razılığa gəldi

Gözlənilən ayrılıq: Zirkze “Napoli” ilə gizli razılığa gəldi
12.10.2026 13:39 İdman

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze qış transfer pəncərəsində “Napoli” klubuna keçmək barədə razılıq əldə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Football365” məlumat yayıb.

Bildirilib ki, “Napoli”yə keçiddə sabiq “Mançester Yunayted” oyunçuları - hazırda neapollu forması geyinən Rasmus Höylund və Skott Maktominey dəstək ola bilərlər. Niderlandlı hücumçuya qarşı “Napoli” ilə yanaşı, “Yuventus” da maraq göstərir.

Xatırladaq ki, Zirkze 2024-cü ilin yayında təxminən 36,5 milyon funt-sterlinq (43 milyon avro) qarşılığında “Bolonya”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. Cari mövsümdə hücumçu klubun heyətində beş matçda meydana çıxsa da, məhsuldar hərəkətlə yadda qalmayıb. “Transfermarkt” portalında   futbolçunun dəyəri 20 milyon avro qiymətləndirilir.

Namiq HUN


XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər