Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq!

Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq!
04.06.2026 10:09 İdman

Bu gün minifutbol üzrə Azərbaycan yığma komandası Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

TodayPress TV xəbər verir ki, millimiz həlledici matçda Ukrayna yığması ilə üz-üzə gələcək.

“Tipos Arena” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. 

Azərbaycan millisi Avropa çempionatının F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.  Komandamız 1/8 finalda Qazaxıstana (3:2), 1/4 finalda isə Çexiyaya (5:2) qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər