Son 1/4 final vəsiqəsi kimin olacaq? Danimarka, yoxsa Norveç?
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin son turunun 8 qarşılaşması keçiriləcək.
TodayPress TV xəbər verir ki, turun əsas diqqətçəkən görüşü A Liqasının IV qrupunda baş tutacaq. Burada Danimarka və Norveç milliləri arasında keçiriləcək qarşılaşmada 1/4 final mərhələsinə vəsiqə qazanan sonuncu komanda müəyyənləşəcək.
B Liqasında isə Macarıstan və Şimali İrlandiya yığmaları yüksək liqaya yüksəlmək uğrunda mübarizə aparacaqlar. Avstriya və İsveç milliləri artıq A Liqasına vəsiqəni təmin ediblər.
Günün oyunları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
UEFA Millətlər Liqası
A Liqası
23:45. Danimarka – Norveç
23:45. Uels – Portuqaliya
B Liqası
23:45. Macarıstan – Şimali İrlandiya
23:45. Ukrayna – Gürcüstan
23:45. İsrail – Avstriya
23:45. İrlandiya – Kosovo
23:45. Bosniya və Herseqovina – Rumıniya
23:45. Polşa – İsveç
Namiq HUN