Sobolenkodan qarşısıalınmaz seriya: “Böyük Dəbilqə”də tarixi zirvə!

Sobolenkodan qarşısıalınmaz seriya: “Böyük Dəbilqə”də tarixi zirvə!
11.09.2026 10:25 İdman

Dünyanın bir nömrəli raketkası Arina Sobolenko Açiq Era tarixində (həm qadınlar, həm də kişilər arasında) hard kortda keçirilən “Böyük Dəbilqə” turnirlərində ardıcıl 8 və daha çox finala yüksələn ilk tennisçi olaraq tarixə düşüb.

TodayPress TV xəbər verir ki, belaruslu tennisçi bu göstərici ilə Şteffi Qraf, Martina Hingis və Novak Cokoviçin rekordlarını geridə qoyub. 

Qeyd olunan tennisçilərin hər biri ardıcıl 7 belə finala yüksəlməyi bacarmışdı. Qraf bu nəticəni 1987–1990-cı illərdə “US Open”də, Hingis 1997–2000-ci illərdə “Australian Open”də, Cokoviç isə 2010–2013-cü illərdə “US Open”də göstərmişdi.

Xatırladaq ki, Sobolenko “US Open - 2026”nın yarımfinalında amerikalı Cessika Pequlanı 2:0 (7:5, 6:2) hesabı ilə məğlub edərək adını həlledici mərhələyə yazdırıb.

Belaruslu tennisçi turnirin finalında qazaxıstanlı Yelena Rıbakina ilə qarşılaşacaq.

Namiq HUN

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər