Slotdan xəbərdarlıq: “Qalatasaray”ın güclü tərəfini dayandırmaq asan deyil

İdman

10.03.2026 09:15

“Liverpul” klubunun baş məşqçisi Arne Slot “Qalatasaray”la qarşıdakı oyun barədə danışaraq rəqibin güclü tərəflərinə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, niderlandlı mütəxəssis komandasının əsas vəzifəsinin meydanda yaxşı təşkilatlanmaq olduğunu bildirib:

“Biz yaxşı təşkilatlanmış olmalıyıq. “Qalatasaray”ın çox ciddi üstünlükləri var. Sürətli əks-hücumlar onlardan biridir. Viktor Osimhen əla hücumçudur, müxtəlif üsullarla qol vurmağı bacarır. Onların çox sürətli və təhlükəli oyunçuları var – məsələn, Barış Alper Yılmaz. Biz bunu nəzərə alacağıq, amma rəqibin güclü tərəfini bilmək onu zərərsizləşdirməyin asan olacağı demək deyil.”

Slot həmçinin bildirib ki, sağlamlıq problemləri səbəbindən iki futbolçu qarşılaşmanı buraxacaq. Qapıçı Alisson və cinah oyunçusu Federiko Kyeza “Qalatasaray”a qarşı oynamayacaq.

“Məşqin sonunda Ali nəsə hiss etdi. Həkimlər vəziyyətə baxdı və futbolçu ilə birlikdə qərara gəldik ki, onun evdə qalması daha yaxşıdır”, – deyə Slot qeyd edib.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qalatasaray” və “Liverpul” komandaları arasında ilk oyun bu gün saat 21.45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Arne Slot,Liverpul,Qalatasaray,UEFA ,Todaypress.tv,

photo
photo