“Siyasət ayrıdır, idman ayrı” - Mourinyodan İran açıqlaması
İdman
11.05.2026 09:58
Joze Mourinyo İran millisinin 2026-cı il dünya çempionatında iştirakına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Hazırda “Benfika” klubunu çalışdıran portuqaliyalı mütəxəssis siyasətlə idmanın ayrı məsələlər olduğunu vurğulayıb.
“İran futbolçuları dünya çempionatında oynamaq haqqını qazanıblar və turnirdə iştirak etməlidirlər”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, İran millisi 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında çıxış edəcək. Komanda qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl İran tərəfi ABŞ ilə münasibətlərin gərginləşməsi səbəbindən mundialdan imtina variantını nəzərdən keçirmiş, həmçinin oyunların ABŞ-dən Meksikaya keçirilməsini istəmişdi. Lakin FIFA təqvimdə dəyişiklik etməyib.
Namiq HUN
tag: Joze Mourinyo,İran millisi,Benfika,2026,DÇ,Todaypress.tv,
