Sinnerin gözlənilməz seçimi: tennisçi “Yuventus”un məşqində
Dünyanın bir nömrəli tennisçisi, beşqat “Böyük dəbilqə” çempionu Yannik Sinner Turin “Yuventus”unun məşqlərindən birini izləyib.
TodayPress TV xəbər verir ki, Sinner 2026-cı il ABŞ Açıq Çempionatında iştirakdan imtina edib.
Daha əvvəl italiyalı tennisçinin Turində dizindəki iltihabla bağlı müalicə aldığı bildirilmişdi. “JMedical” klinikasında aparılan müayinədən sonra ona sentyabrın 6-dək məşqlərdən uzaq qalmaq tövsiyə olunub.
Sinner “Uimbldon-2026”da qazandığı qələbədən sonra rəsmi görüşlərdə korta çıxmayıb. O, cari mövsümdə altı titul qazanıb. Bunlardan beşi Monte-Karlo, Madrid, Roma, İndian-Uells və Mayamidə keçirilən “Masters” turnirlərində, biri isə “Uimbldon”da əldə olunub.
Namiq HUN