Sinnerin 100-cü yubiley qələbəsi onu yenidən lider etdi

İdman

13.04.2026 09:25

İtaliyalı tennisçi Yannik Sinner növbəti tarixi uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, Monte-Karlo “Masters” turnirinin finalında Sinner dünya reytinqinin lideri, ispan Karlos Alkaras üzərində qələbə qazanıb.

İtaliyalı tennisçi rəqibini 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edərək karyerasında daha bir titul əldə edib.

Bu uğuru ilə Sinner Peşəkar Tennisçilər Assosiasiyası (ATP) reytinqinin TOP-20 oyunçularına qarşı 100-cü qalibiyyətini rəsmiləşdirib. Onun bu göstəricidə 47 məğlubiyyəti də var.

Bundan əlavə, Sinner karyerasında 27-ci titulunu əldə edərək Alkarası (26 titul) geridə qoyub.

Monte-Karlodakı uğur italiyalı tennisçiyə yenidən ATP reytinqində 1-ci pilləyə yüksəlmək imkanı verəcək. Hazırda onun aktivində 13 400 xal var. Alkaras isə 13 240 xalla ikinci pilləyə enəcək.

Namiq HUN

TodayPress TV

tag: Yannik Sinner,Tennis,Uğur,Turnir,Todaypress.tv,