Simeonenin “Atletiko”su yenə “Barselona” kabusuna çevrildi!
İdman
15.04.2026 09:15
“Atletiko Madrid” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”nı iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.
TodayPress TV xəbər verir ki, ilk oyunda 2:0 hesabı ilə qalib gələn “hindular” cavab qarşılaşmasında 1:2 hesabı ilə məğlub olsalar da, ümumi nəticədə üstün olaraq yarımfinala yüksəliblər.
Bu nəticə ilə Dieqo Simeone rəhbərliyi altında “Atletiko” Çempionlar Liqasında üçüncü dəfə “Barselona”nı mübarizədən kənarlaşdırıb. Madrid təmsilçisi buna daha əvvəl 2013/2014 və 2015/2016 mövsümlərində nail olmuşdu.
Maraqlıdır ki, cari mövsüm “Atletiko” rəqibini İspaniya Kral Kubokunda da 1/4 finalda üstələyərək ikinci dəfə turnirdən kənarlaşdırıb.
Yarımfinalda “Atletiko” “Arsenal” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda London təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Atletiko Madrid,Barselona,UEFA,Çempionlar Liqası,Todaypress.tv,
