Şimali Makedoniya səfərində kritik qarşılaşma!
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində son görüşünü keçirəcək.
TodayPress TV xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma səfərdə Şimali Makedoniya millisi ilə qarşılaşacaq.
Matçı gürcüstanlı baş hakim Teona Sturua idarə edəcək.
Qarşılaşma Şimali Makedoniyanın Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xalla ikinci pillədə qərarlaşıb. Şimali Makedoniya yığması isə 6 xalla üçüncü sırada yer alır.
Namiq HUN
Şimali Makedoniya
Teona Sturua
Siyasət Əsgərov
dünya çempionatı
qadın futbolçular
Todaypress.tv
Namiq HUN