Serxio Peres: “Uğurlu qayıdışa hazırlaşıram”

İdman

17.11.2025 16:13

“Kadillak”ın pilotu Serxio Peres 2026-cı ildə yeni komandanın heyətində “Formula-1”ə qayıdışı ərəfəsində iddialı danışıb. 

TodayPress TV xəbər verir ki, meksikalı sürücü “Formula-1”in rəsmi saytına açıqlamasında bu layihəni karyerasının “böyük finalı” adlandırıb və məqsədinin ilk gündən çempionata güclü təsir göstərmək olduğunu deyib:

“Bizim haradan başlayacağımız mənim üçün o qədər də vacib deyil. Daha önəmlisi nə qədər tez irəliləyə biləcəyimizdir. Mən ilk gündən komandını irəli aparmaq istəyirəm. Düşünürəm ki, çoxlarını təəccübləndirə bilərik. Məqsədimiz ilk gündən Formula-1-də güclü təsir yaratmaqdır. Bu, idmanda mənim əsas, böyük və son layihəmdir və geri dönüşümün uğurlu olacağına əmin olmaq istəyirəm”. 

Qeyd edək ki, Peres, yayda müqavilə imzaladıqdan sonar, aktiv şəkildə işə qoşulub. O, iclaslarda iştirak edib, simulatorda vaxt keçirib və “Ferrari”nin SF-23 bolidi ilə test yürüşündə də yoxlamadan keçib.

Namiq HUN

tag: Kadillak,Serxio Peres,Formula-1,Ferrari,Todaypress.tv,