Sərhədləri aşan basketbolçu: Çarpaz bağları qırıldı, amma 55,5 milyon qazandı!
“Nyu-Orlean Pelikans” basketbol klubunun hücumçusu Saddik Bey komandası ilə 55,5 milyon dollar dəyərində yeni üçillik müqavilə imzalamaq barədə razılığa gəlib.
TodayPress TV “ESPN” nəşrinə istinadən xəbər verir ki, müqavilə şərtlərinə oyunçunun başqa kluba mübadiləsi (treyd-kiker) zamanı əlavə ödənişin edilməsi də daxildir.
Qeyd edək ki, Bey “Atlanta Houks”da çıxış edərkən çarpaz bağlarının qırılması səbəbindən 2024/2025-ci illər mövsümünü tamamilə buraxmalı olmuşdu.
Ötən mövsüm isə böyük idmana uğurla qayıdan basketbolçu karyerasının ən yaxşı mövsümünü keçirib.
O, 64-ü start heyətində olmaqla ümumilikdə 72 oyunda iştirak edib. Meydanda orta hesabla 17,7 xal toplayan, 5,6 ribaund alan və 2,5 ötürmə edən Saddik Bey NBA tarixində ağır zədədən sonra nəinki bərpa olunan, hətta məhsuldarlıq üzrə şəxsi rekordunu yeniləyən nadir basketbolçulardan biri olub.
Tam zəmanətli yeni müqavilə 2029/2030-cu illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Namiq HUN