Sereso transfer söz-söhbətlərinə son qoydu
“Atletiko” klubunun prezidenti Enrike Sereso hücumçu Xulian Alvares üçün “Real Madrid” tərəfindən edilən 150 milyon avroluq rəsmi təkliflə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Sereso futbolçunun satılmasının gündəmdə olmadığını vurğulayıb:
“Real Madrid rəsmi təklif göndərib? Xulian Alvares satılmır. Biz onu satmaq istəmirik”, – deyə klub prezidenti bildirib.
Məlumata görə, “Real” rəhbərliyi iki klub arasındakı yaxşı münasibətlər çərçivəsində təqdim edilən təklifin “Atletiko” tərəfindən nəzərdən keçirildiyini, lakin rədd edildiyini açıqlayıb.
Madrid təmsilçisinin bəyanatında qeyd olunub ki, “Atletiko” təklifə görə təşəkkür etsə də, futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğini əsas gətirərək transferə razılıq verməyib.
Namiq HUN