Sensasion iddia: Riç Pol üçün NBA-in kralı Edvardsdır
İdman
20.02.2026 09:55
Məşhur agent Riç Pol, Lebron Ceymsin maraqlarını təmsil edən nümayəndə, “Minnesota Timberwolves” komandasının lideri Entoni Edvardsı hazırda ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən yaxşı basketbolçusu adlandırıb.
TodayPress TV xəbər verir ki, Pol “Game Over” podkastında çıxışı zamanı bildirib:
“Düşünürəm ki, liqada bir icma var, amma o icmaya Entoni Edvards rəhbərlik edir. Məncə, hazırda liqanın ən yaxşı oyunçusu Entoni Edvardsdır. Liqanın siması olmaq isə başqa məsələdir – buna zamanla yetişmək lazımdır. Amma ən yaxşı oyunçu? Bəli, mənim üçün o, ən yaxşısıdır. Çünki istənilən axşam, istənilən rəqibə qarşı oyuna baxıb deyə bilməzsən ki, bu oyunçu Entoni Edvardsdan daha yaxşıdır”.
Pol əlavə edib ki, Nikola Yokici çox sevməsinə baxmayaraq, seçim imkanı olsa Edvardsı götürərdi:
“Mən Yokici sevirəm, sözsüz. Amma yox. Əgər sən desən ki, “Mən Yokici seçirəm”, mən deyərəm: “Yaxşı, onda mənə Entoni Edvardsı ver””.
Namiq HUN
tag: Riç Pol, Lebron Ceyms,Basketbol,(NBA),Todaypress.tv,
