Seneqal millisinin üzvü “Qalatasaray”dan ayrılacaq

Seneqal millisinin üzvü “Qalatasaray”dan ayrılacaq
08.06.2026 02:00 İdman

Seneqal millisinin üzvü İsmail Yakobs “Qalatasaray”dan ayrılacaq.

TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli olacaq.

Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar “Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir. İsmailin “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə “Qalatasaray”a keçib.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər