Səmərqənddə böyük zəka yarışı: Şahmatçılarımız Olimpiadada mübarizəyə başlayır

Səmərqənddə böyük zəka yarışı: Şahmatçılarımız Olimpiadada mübarizəyə başlayır
16.09.2026 11:59 İdman

Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.

TodayPress TV xəbər verir ki, turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparacaqlar.

Kişilərdən ibarət millinin heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli cəlb olunub.

Qadın komandamızın şərəfini isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova qoruyacaq.

I turda püşkə əsasən kişi yığmamız Mərakeş, qadın milli komandamız isə Qvatemala şahmatçıları ilə üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində ümumilikdə 1032 şahmatçı ustadlığını nümayiş etdirəcək. 

Namiq HUN

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər