Səkkizinci dəfə seçilən Peres birlik istədi

Səkkizinci dəfə seçilən Peres birlik istədi
08.06.2026 09:25 İdman

“Real Madrid” klubunun prezidenti seçkilərində səslərin 65 faizini toplayaraq qalib gələn 79 yaşlı funksioner Florentino Peres ona deyil, rəqibi, iş adamı Enrike Rikelmeyə səs verən seçicilərə müraciət edib.

TodayPress TV xəbər verir ki, Peres klubun rəsmi saytına açıqlamasında birlik mesajı verib:

“Biz “Real Madrid”ə olan sevgimizlə birləşməliyik. Mənə səs verməyənlərə müraciət edirəm: narahatlıqlarınızı nəzərə almaq üçün əlimdən gələni edəcəyəm”. 

Seçkilərdə Peres 11 814 səs (35 faiz) toplayan rəqibi Enrike Rikelmeni qabaqlayaraq növbəti dəfə prezident seçilib və kluba 2030-cu ilə qədər rəhbərlik edəcək. O, bu vəzifəyə ardıcıl səkkizinci dəfə seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər