Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir!
Əziz Yıldırım “Fənərbağça”dakı heyət planlamasında mühüm addım atmağa hazırlaşır.
TodayPress TV-nin “sondakika.com”a istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd Türkiyə millisinin üzvü Zeki Çeliki transfer siyahısına daxil edib.
Məlumata əsasən, bu yaxınlarda “Roma” ilə yollarını ayıran 29 yaşlı sağ cinah müdafiəçisi üçün rəsmi təklif göndərilib. Futbolçunun hazırda müxtəlif təklifləri dəyərləndirdiyi bildirilir.
İddialara görə, seçkilərdə qalib gələcəyi təqdirdə heyətdə dəyişikliklər etməyi planlaşdıran Yıldırım hazırkı sağ cinah müdafiəçisi Nelson Semedo ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil və Zeki Çelikin transferinə üstünlük verir.
Mənbənin məlumatına görə, Yıldırımın rəhbərlik edəcəyi administrasiya formalaşarsa, futbolçu ilə 3 illik müqavilə imzalanması nəzərdə tutulur.
Qeyd olunur ki, Zeki Çeliklə yalnız “Fənərbağça” maraqlanmır. “Yuventus” və “Marsel” də müdafiəçinin durumunu yaxından izləyir.
Türkiyə millisinin üzvü ötən mövsüm 45 rəsmi oyunda meydana çıxaraq sabit performansı ilə diqqət çəkib.
Namiq HUN