Savo tibbi baxışdan sonra “Qarabağ”la müqavilə imzalayacaq
“Qarabağ” klubu Qambiya əsilli isveçli futbolçu Zakariya Savo üçün 1 milyon manat ödəyib.
TodayPress TV “futbolinfo.az”a istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Anderson məlumat yayıb.
O bildirib ki, Azərbaycan təmsilçisi Savo üçün İsveçin “Yurqorden” klubuna 500 min avro transfer məbləği ödəyib.
Müqavilə ilə “Yurqorden”ə məxsus olan Zakariya Savo son mövsümü Kiprin AEL (Limassol) klubunda keçirib.
Qeyd edək ki, Azərbaycana gələn hücumçu tibbi müayinədən keçdikdən sonra transferi rəsmən açıqlanacaq.
Namiq HUN