Salei iki fərqli üsulda qızıl medala damğa vurdu

Salei iki fərqli üsulda qızıl medala damğa vurdu
20.02.2026 15:43 İdman

Belarusun Brest şəhərində Açıq Paraüzgüçülük Kuboku keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Paraüzgüçü Raman Salei yarışda uğurlu çıxış edərək iki qızıl medal qazanıb. S12 kateqoriyasında mübarizə aparan paralimpiyaçı iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 100 metr sərbəst üsulla 55.29 saniyə nəticə göstərərək qızıl medala sahib çıxıb. Salei həmçinin 100 metr kəpənək üsulunda 59.17 saniyə nəticə ilə ikinci qızılını qazanıb.

Qeyd edək ki, paraüzgüçü Səlim Məmmədov da Brest turnirində S12 kateqoriyasında çıxış edir. S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov Azərbaycanı təmsil edirlər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər