Şakil və Əbdül-Cabbarın rekorduna çatan yeni ulduz
İdman
09.05.2026 13:25
Viktor Vembanyama NBA pley-offunda növbəti tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, “San-Antonio Spörz” klubunun gənc fransalı mərkəz oyunçusu “Minnesota” ilə seriyanın üçüncü matçında əfsanəvi statistik göstərici əldə edib.
Matçda 39 xal toplayan 22 yaşlı Vembanyama 15 ribaund, 5 blok və 1 assist edib.
“San-Antonio Spörz” səfərdə “Minnesota Timbervulvz” üzərində 115:108 hesablı qələbə qazanıb və seriyada hesabı 2-1 edib.
Viktor Vembanyama, NBA tarixində pley-off oyununda 35 xal, 15 ribaund və 5 blok göstəricisinə çatan dördüncü basketbolçu olub.
Bu nailiyyətə daha əvvəl NBA əfsanələrindən Şakil O'Nil, Kərim Əbdül-Cabbar və Hakim Olacyuvon imza atıb.
Vembanyamanın performansı ABŞ mediasında “yeni dominant era”nın başlanğıcı kimi qiymətləndirilir.
Namiq HUN
tag: Viktor Vembanyama, NBA pley-offu,Rekord , Əbdül-Cabbar,Todaypress.tv,
