Şahruddin Məhəmmədəliyev bu il meydanlardan kənarda qalacaq

Şahruddin Məhəmmədəliyev bu il meydanlardan kənarda qalacaq
18.11.2025 15:12 İdman

Qolkiper Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Qarabağ” klubunun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Bildirilir ki, qolkiperin zədəsi ciddidir:

“Onun sol bud çanağında zədəsi var. 2-3 ay meydana çıxa bilməyəcək”.

Qeyd edək ki, Şahruddindən fərqli olaraq, səhhətində problemi olan Elvin Cəfərquliyev və zədəli Toral Bayramovun durumu normaldır. Hər iki futbolçu komanda ilə məşqlərə qoşulur.

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər