Şahmat dramı: Yarımfinalda gərgin tay-brek və finalçı müəyyənləşdi
Azərbaycan şahmat çempionatında finalçılar məlum olub.
TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsində Şəhriyar Məmmədyarov ilə Aydın Süleymanlı arasında keçirilən duel iki partiyadan sonra qalib müəyyənləşmədiyindən tay-brekə gedilib.
Tay-brekdə üstünlük qazanaraq 3,5-2,5 hesabıyla finala yüksələn Şəhriyar Məmmədyarov kişilərin çempionluğu uğrunda mübarizəyə qatılıb.
Fevralın 20-də Azərbaycan çempionatında final partiyaları başlayacaq.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək.
Üçüncü yer uğrunda qarşılaşmalarda Aydın Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova-Türkan Məmmədyarova görüşləri keçiriləcək.
Namiq HUN