Şahmat çempionatında beş tur arxada qaldı
Azərbaycanın şahmat yığmaları Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatında Yunanıstanla heç-heçə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kişi şahmatçılardan ibarət milimizin Yunanıstanla V tur matçında bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Aktivində 7 xalı olan komandamız 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət yığma komandamızın Yunanıstanla qarşılaşması da 2:2-lik bərabərliklə başa çatıb. Hazırda millimiz 6 xalla əlavə göstəricilərə görə çempionatın 8-ci komandasıdır.
Namiq HUN