Şahdağda həyəcanlı mübarizə: Avropa çempionatında qaliblər müəyyənləşdi
İdman
05.03.2026 17:27
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında yarışların ikinci gününün qalibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, ikinci yarış günündə yeniyetmə oğlan və qızlar, eləcə də böyüklər qarışıq estafet növündə mübarizə aparıblar.
Yeniyetmələrin yarışında Almaniya komandası bütün rəqiblərini qabaqlayaraq birinci yerə sahib çıxıb. İspaniya yığması ikinci, Rusiya komandası isə üçüncü pillədə qərarlaşıb.
Böyüklərin qarışıq estafet mübarizəsində isə İsveçrə komandası Avropa çempionu olub. İtaliya ikinci, Almaniya isə üçüncü yeri tutub.
Qeyd edək ki, martın 6-da keçiriləcək fərdi və vertikal növlər üzrə yarışlardan sonra Avropa çempionatının digər qalibləri və mükafatçıları da müəyyənləşəcək.
Namiq HUN
tag: Şahdağ,Xizək,Yarış,Milli,Todaypress.tv,
