“Şahdağ”da böyük sınaq – millimizin heyəti açıqlandı
İdman
03.03.2026 16:04
Şahdağ Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları müəyyənləşib.
TodayPress TV-nin Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən verdiyi məlumata görə, qitə yarışında ölkəmizi beş idmançı təmsil edəcək.
Avropa çempionatında mükafatlar uğrunda Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyevdən ibarət milli heyət mübarizə aparacaq.
Qeyd edək ki, 4–8 mart tarixlərində keçiriləcək yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 xizək alpinisti iştirak edəcək.
Namiq HUN
tag: Şahdağ,Xizək,Yarış,Milli,Todaypress.tv,
