Sabiq prezident matç zamanı azarkeşlərlə birlikdə idi
İdman
02.03.2026 15:49
“Barselona” klubunun sabiq prezidenti Joan Laporta La Liqanın XXVI turunda keçirilən “Barselona” – “Vilryarreal” (4:1) matçı zamanı azarkeşlərin şüarına qoşulub.
TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı görüntülər Esport3 tərəfindən sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, Laporta tribunada “Kim tullanmasa, o madridistadır!” tipli şüarı dəstəkləyib.
Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda het-trik edən Lamin Yamal və əlavə vaxtda fərqlənən Robert Levandovski komandanın qollarını vurub.
Xatırladaq ki, Laporta fevralın 9-da prezident postundan istefa verib. O, martin 15-də keçiriləcək yeni seçkilərdə namizədliyini irəli sürəcək.
Hazırda “Barselona” La Liqanın turnir cədvəlinə başçılıq edir və əsas rəqibi “Real Madrid”ı dörd xal qabaqlayır. Lakin Madrid təmsilçisinin ehtiyatda bir oyunu var.
Namiq HUN
tag: Barselona,Joan Laporta,Vilryarreal,Azarkeş,Todaypress.tv,
