"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena açıqlandı
“Sabah” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
TodayPress TV UEFA-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
UEFA-nın rəsmi saytında “bayquşlar”ın Liqa mərhələsində evdə keçirəcəyi 4 qarşılaşmanın məkanı təsdiqlənib.
UEFA Çempionlar Liqası
II tur – 13 oktyabr, 20:45
“Sabah” – “Slaviya” (Çexiya)
III tur – 20 oktyabr, 20:45
“Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
V tur – 25 noyabr, 21:45
“Sabah” – “Barselona” (İspaniya)
VII tur – 20 yanvar, 21:45
“Sabah” – “Napoli” (İtaliya)
Qeyd edək ki, Azərbaycanın ən böyük stadionu olan Bakı Olimpiya Stadionu 69 870 tamaşaçı tutumuna malikdir. Stadion 2015-ci ildə fəaliyyətə başlayıb, 2025-ci ildən təmirə bağlanıb.