“Sabah”dan iddialı addım: Portuqaliyalı ulduz transfer olundu
“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress TV Sportlife.az-a istinadən xəbər verir ki, “bayquşlar” Rodriqo Fernandeş ilə razılıq əldə edib.
Portuqaliyanın müxtəlif yaş qrupu yığmalarının sabiq yarımmüdafiəçisinin son klubu “Porto” B olub. 25 yaşlı futbolçu karyerası ərzində “Sporting” klubunun formasını da geyinib.
Namiq HUN