“Sabah” U-19-dan tarixi start: İddialı rəqiblərə qarşı ilk addım!
Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) UEFA Gənclər Liqasında debüt matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, Bakı təmsilçisi səfərdə İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək.
“Li Sports Villic” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” U-19 UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində “Mançester Yunayted”lə yanaşı, “Barselona”, “Vilyarreal”, Dortmund “Borussiya”sı, “Slaviya” və “Vikinq” komandalarına qarşı da mübarizə aparacaq.
Namiq HUN