"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırdı

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırdı
28.05.2026 17:05 İdman

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.

Klubdan TodayPress TV-yə verilən məlumata görə, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər