Rusiya idmançıları yenidən beynəlxalq arenaya qayıdır
İdman
02.12.2025 16:46
İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən rusiyalı idmançıların yarışlardan kənarlaşdırılmasını qanunsuz hesab edib.
TodayPress TV xəbər verir ki, rusiyalı xizəkçilər, snoubordçular, fristaylçılar və tramplinçilər 2026-cı il İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər.
Rusiya Federasiyasının idman naziri Mixail Deqtyaryov FIS-ə qarşı CAS-da iddianı udduqdan sonra qurumun rusiyalı idmançıları beynəlxalq yarışlara buraxmağa məcbur olduğunu dedi:
“Dinləmələr 1 dekabrda keçirilib, yekun qərar isə 2 dekabrda elan olunub. Arbitrlər Rusiya tərəfinin tələblərini əsassız saymayaraq haqlı hesab ediblər və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına uyğun olaraq, FIS rusiyalı idmançıları neytral statusda olimpiya yarışlarına buraxmağa borcludur. Paralimpiyaçılar isə digər ölkələrin idmançıları ilə eyni şərtlərlə - milli bayraq və digər atributlarla iştirak edə biləcəklər.
Bu məhkəmə qərarı rusiyalı idmançılara bütün beynəlxalq yarışlarda, o cümlədən 2026-cı il Olimpiya və Paralimpiya Oyunlarının seçmə mərhələlərində iştirak etməyə imkan yaradır”.
Namiq HUN
tag: Rusiya,Xizək,Yarış,Qərar,Todaypress.tv,
