Rüfət Dadaşov Almaniyada komandasının qələbəsində pay sahibi oldu

Rüfət Dadaşov Almaniyada komandasının qələbəsində pay sahibi oldu
05.03.2026 11:00 İdman

Almaniyanın Şimal-Şərq Regional Liqasının XX turu azərbaycanlı futbolçu Rüfət Dadaşovun baxımlı oyunu ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, hücumçunun çıxış etdiyi “Dinamo Berlin”  klubu doğma meydanda “Proyssen” ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Matçda Dadaşov komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. O, 58-ci və 80-ci dəqiqələrdə rəqib qapısına yol taparaq oyunda dubl edib.

Bununla da forvard cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan yığma komandasının heyətində 2013–2019-cu illərdə keçirdiyi 24 oyunda 5 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər