Rüdiger “Fənərbağça”nın radarına düşdü

Rüdiger “Fənərbağça”nın radarına düşdü
01.12.2025 17:52 İdman

“Real Madrid” klubunun futbolçusu Antonio Rüdiger “Fənərbağça”nın maraq dairəsinə düşüb.

TodayPress TV xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı müdafiəçinin mümkün transferi üçün həll yollarını arayır. 

“Fənərbağça” Rüdiger üçün 2+1 illik müqavilə təklifi hazırlayıb.

İstanbul təmsilçisi bu yarışda tək deyil. A Seriyası, La Liqa, Premyer Liqa və Səudiyyə Ərəbistanından bir neçə klub da təcrübəli müdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, Rüdiger hazırda “kral klubu”nda illik 15 milyon avro maaş alır. Müdafiəçinin “Real”da gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər