Ruben Amorim: “Komandamı İngiltərə çempionu etmək istəyirəm”
“Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim “Liverpul”la rəqabətə münasibətini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Stan Sport Football məlumat yayıb.
O bildirib ki, onun üçün rəqiblərin vəziyyəti əhəmiyyət daşımır, əsas məqsəd hər oyunu qazanmaq və komandasını İngiltərə çempionluğuna aparmaqdır. Amorim əlavə edib ki, oyun sistemini buna uyğun qurmaq istəyir.
Hazırda «Mançester Yunayted» 9 oyundan sonra 16 xalla 6-cı sıradadır, lider isə 22 xalla “Arsenal”dır.
“Qırmızı şeytanlar” Premyer Liqanın X turunda səfərdə “Nottingham Forest”lə qarşılaşacaq.
Namiq HUN