RPL-də Musayev zəfəri: “Krasnodar” liderdir, baş məşqçi isə ayın ən yaxşısı!
“Krasnodar” klubunun baş məşqçisi Murad Musayev 2026-cı ilin iyul və avqust aylarının nəticələrinə əsasən Rusiya Premyer Liqasının (RPL) ən yaxşı məşqçisi seçilib.
TodayPress TV RPL-in rəsmi saytına istinadən xəbər verir ki, Musayev Premyer Liqa ekspertlərinin səsverməsində qalib gəlib.
Teleekspertlərin sorğusunda Mahaçqala “Dinamo”sunun çalışdırıcısı Vadim Yevseyev birinci olub.
Azarkeşlər isə çempionatın start mərhələsinin ən yaxşı məşqçisi kimi ÇSKA-nın ustadı Dmitri İqdisamovu seçiblər.
Qaydalara əsasən, səslər bölündüyü halda məhz RPL ekspertlərinin rəyi prioritet hesab edildiyi üçün mükafat Murad Musayevə nəsib olub.
İyul və avqust aylarında Musayevin rəhbərliyi altında “Krasnodar” 6 oyunda 18 xal toplayıb. "Öküzlər" turnir cədvəlində birinci pillədə qərarlaşıblar.
Namiq HUN