“Rossineri” Modriçlə A Seriyasına liderlik edir
İdman
13.12.2025 16:04
“Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç komandasının İtaliyanın ən möhtəşəm klubu olduğunu bildirib.
TodayPress TV La Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ən böyük İtaliya klubunda oynadığı üçün xoşbəxt olduğunu deyib:
“Biz çox yaxşı iş görürük. Cədvəldə yuxarı yerlər uğrunda mübarizə aparan çoxlu komandaların olmasına baxmayaraq, dayanmaq fikrimiz yoxdur. Öz gücümüzə inamla irəliləməyə davam edirik.
A Seriyası çətin və rəqabətli liqadır. Bu məni təəccübləndirmədi, çünki buna hazır idim. Uşaqlıqdan çempionatı televizordan izləyəndə məni nələrin gözlədiyini anlayırdım və bütün bu illər ərzində liqanı izləməyə davam etdim. Qarşılaşacağım çətinlikləri bilirdim və buna hazır idim.
Mən xoşbəxtəm, çünki mənim fikrimcə, İtaliyanın ən böyük klubunda oynayıram. “Real”da çıxış edərkən heç vaxt “Milan”a gələcəyimi düşünməzdim, amma bəzən ən gözlənilməz şeylər baş verir.
Bu, gerçəkləşən bir arzudur, çünki uşaqlıqdan “Milan” azarkeşi olmuşam”.
Qeyd edək ki, hazırda “rossoneri” A Seriyasında 14 oyundan sonra 31 xalla liderdir.
Namiq HUN
tag: Milan,Klub,Modriç,Liderlik,Todaypress.tv,
