Ronaldu üçün yeni ünvan? ABŞ-dən sürpriz mesaj
İdman
21.02.2026 15:42
ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya müraciət edib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "X" sosial şəbəkəsində yayımlanan video müraciətdə bildirib:
“Kriştianu Ronaldu, sən ən böyüksən. Sən bizə Amerikada lazımsan. Əşyalarını tez yığ, bizə mümkün qədər tez lazımsan”.
Bundan əvvəl Ronaldu klub rəhbərliyindən narazı olduğu üçün “Əl-Nəsr”in oyunlarını boykot etmişdi. Portuqaliyalı ulduz qış transfer pəncərəsində komandanın gücləndirilməməsindən narazı qalıb. Klubun idarəçiliyi isə Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondu – Public Investment Fund (PIF) tərəfindən həyata keçirilir. Bu fond həmçinin “Əl-Əhli”, “Əl-İttihad” və “Əl-Hilal” klublarını da idarə edir.
Namiq HUN
tag: Donald Trump,ABŞ ,Ronaldu ,Əl-Nəsr,Todaypress.tv,
