Ronaldu üçün şok statistika: Millidə ilk qovulma

Ronaldu üçün şok statistika: Millidə ilk qovulma
14.11.2025 10:31 İdman

Kriştianu Ronaldu Portuqaliya millisində ilk dəfə qırmızı vərəqə alıb.

TodayPress TV xəbər verir ki, 40 yaşlı hücumçu karyerasında ilk dəfə olaraq Portuqaliya millisinin oyununda meydandan qovulub. 

Bu, DÇ-2026-nın seçmə mərhələsində keçirilən İrlandiya – Portuqaliya (2:0) qarşılaşmasında baş verib. Ronaldo 59-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Buna qədər Kriştianu Ronaldo millidə 225 oyun keçirib, 143 qol vurub və 46 asist edib, lakin heç vaxt meydandan nə birbaşa qırmızı, nə də iki sarı ilə qovulmayıb.

Klub karyerasında isə ulduz futbolçu 8 dəfə birbaşa qırmızı, 4 dəfə ikinci sarıdan sonra meydanı tərk edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər