Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq!

Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq!
22.05.2026 09:45 İdman

“Əl-Nəsr” klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında qazandığı ilk tituldan sonra ailə fotosunu paylaşıb.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu,  XXXIV turunda “Əl-Nəsr” “Damak”ı 4:1 hesabı ilə məğlub edib. 

Görüşdə dubla imza atan Kriştianu Ronaldu karyerasının 972-ci və 973-cü qollarını vurub.

Mövsümün yekununda “Əl-Nəsr” 86 xal toplayaraq turnir cədvəlini birinci pillədə başa vurub. 41 yaşlı portuqaliyalı futbolçu üçün bu, 2023-cü ildən top qovduğu Səudiyyə Ərəbistanında qazandığı ilk titul və karyerasında səkkizinci çempionluğudur.

Ronaldu “Mançester Yunayted”lə üç İngiltərə çempionluğu, “Real Madrid” və “Yuventus”la isə iki İspaniya və İtaliya çempionluğu qazanıb. 

Qeyd edək ki, cari mövsümdə Pro Liqada 30 oyuna çıxan Ronaldo 28 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 1
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 2
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 3
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 4
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 5
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 6
Ronaldu tarix yazdı: Səudiyyə Ərəbistanında ilk çempionluq! — 7
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər