Ronaldonun oğlu debüt oyununda fərqləndi

Ronaldonun oğlu debüt oyununda fərqləndi
01.11.2025 16:45 İdman

Beşqat “Qızıl top” sahibi Kriştianu Ronaldonun oğlu — Kriştianu kiçik Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət yığma komandasında ilk qolunu vurub.

TodayPress TV xəbər verir ki, gənc hücumçu Uels yığmasına qarşı matça start heyətində çıxıb və hesabı açıb. 

Görüş Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, onun yığma heyətində ilk start oyunu olub. 

Daha əvvəl o, Türkiyə ilə qarşılaşmada cəmi bir dəqiqə meydanda olmuş və komanda 2:0 hesabı ilə qalib gəlmişdi.

Portuqaliya U16 millisi noyabrın 4-də İngiltərə ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər