Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır!

Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır!
04.06.2026 12:13 İdman

İtaliyanın Roma şəhərində Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran parataekvondo üzrə Qran-pri turniri keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri də nüfuzlu yarışda iştirak edəcəklər.

K44 kateqoriyasında ölkəmizi İmaməddin Xəlilov və Sabir Zeynalov təmsil edəcəklər.

İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində, Sabir Zeynalov isə 58 kq-da mübarizə aparacaq.

2024-cü il Yay Paralimpiya Oyunlarının mükafatçıları olan idmançılarımız Roma Qran-prisində fəxri kürsüdə yer almağa və Los-Anceles-2028 Paralimpiadası üçün vacib reytinq xalları qazanmağa çalışacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər