RFS-dən sərt cəza — ömürlük uzaqlaşdırma

RFS-dən sərt cəza — ömürlük uzaqlaşdırma
07.11.2025 18:15 İdman

Rusiya Futbol İttifaqının (RFS) Nəzarət və İntizam Komitəsinin sədri Artur Qriqoryants bildirib ki, iş adamı Tufan Sadıqova futbolla bağlı hər cür fəaliyyəti həyata keçirmək ömürlük qadağan olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb. 

Bildirilir ki, Sadıqovun hərəkətləri nəticəsində “Ximki” futbol klubu peşəkar statusunu itirib.

“Sadıqovun “Ximki”nin fəaliyyətinə ciddi təsir göstərən və klubun idarəçiliyinə birbaşa təsir etmə imkanına malik hərəkətləri, eləcə də bu səbəbdən klubun peşəkar statusunun itirilməsinə gətirən qeyri-məntiqli qərarlarına görə, ona futbolla bağlı hər hansı fəaliyyəti ömürlük qadağan etmək qərara alındı. Sadıqov bu qərardan RFS-in apellyasiya komitəsinə şikayət verə bilər”, – deyə Qriqoryants bildirib

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər